Kolumbiyada sel - 4 ölü, 29 yaralı
Kolumbiyanın Korinto şəhərində baş vermiş sel nəticəsində ölən və yaralananlar var.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər veirr ki, ölkə başçısı Xuan Manuel Santos artıq fəlakətin baş verdiyi bölgəyə gəlib.
Məlumata əsasən, təbii fəlakət nəticəsində 4 nəfər ölüb, daha 29 nəfər xəsarət alıb. Bundan əlavə 18 nəfər itkin düşdüyü bildirilir.
Qeyd edək ki, apreldə ölkənin Putumayo departamentində baş vermiş sel 300-ə yaxın insan həlak olmuşdu.