Nə Messi, nə də Ronaldo - “Qızıl ayaq” mükafatı ona verildi



 

“Qızıl ayaq 2017” mükafatının sahibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Portu”nun ispan qapıçısı İker Kasilyas mükafata layiq görülüb.

Kasilyas Canluici Buffondan sonra bu mükafatı alan ikinci qapıçı olub.

Qeyd edək ki, yaşı 28-dən çox olan futbolçulara verilən mükafat üçün namizədlər arasında Kriştianu Ronaldo, Serxio Ramos, Manuel Noyer, Lionel Messi, Aryen Robben, Tyaqo Silva, Luis Suarez, Yaya Ture və Andrea Pirlo olub.