ABŞ, Finladiya və İsveç birgə hərbi təlim keçirəcək



 

Finlandiya Müdafiə Nazirliyi ABŞ, İsveç və digər ölkələrin iştirak edəcəyi beynəlxalq hərbi təlimin keçirilməsinə hazırlaşır.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə müdafiə naziri Yussi Niinste bildirib.

“Təlimlər 2020-ci illərə planlaşdırılıb. Biz İsveç, ABŞ və digər müttəfiq ölkələrdən böyük qrupların gəlməsini gözləyirik. Hazırlıqlar artıq indidən başlayıb və 3 il davam edəcək”,- deyə Nazir bildirib.

Onun sözlərinə görə, Finlandiya müstəqil, heç bir bloka daxil olmayan ölkədir və öz müstəqilliyi üçün məsuliyyət daşıyır. Bununla belə ehtiyyac olduqda müttəfiqlərindən kömək qəbul etməyə hazırdır.