Suriya və İraqdan İŞİD-ə ağır zərbə, 2 önəmli şəhər geri alındı



 

Suriya ordusu Deyr-əz-Zor şəhərini İŞİD terror qruplaşmasından geri ala bilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriyanın dövlət mediası məlumat yayıb.

İraq ordusu isə İŞİD-in ölkədəki ən son qalası olaraq bilinən Əl Qaimi təşkilatın əlindən aldığını açıqlayıb. 

Qeyd edək ki, İŞİD 2014-cü ildən bəzi şəhərin böyük bir hissəsini nəzarəti altına almışdı. Terror təşkilatı üçün Deyr-əz-Zor şəhərinin önəmli olmasına səbəb burada neft sahələrinin mövcudluğu, həmçinin İraq sərhədində yerləşməsiydi.