Elektrik stansiyasında partlayış - 20 ölü, 100 yaralı



 

Hindistanın Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında baş verən partlayış nəticəsində 20 nəfər ölüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın DİN nümayəndəsi Arvind Kumar bildirib.

Məlumata görə, insident NTPC şirkətinin Unçaxar şəhərindəki müəssisəsində qeydə alınıb. Nəticədə 20 nəfər ölüb, 100 yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 Qeyd olunur ki, Unçaxarda şəhərində istilik elektrik stansiyası 1988-ci ildə istifadəyə verilib.