Nyu-Yorkda terroru Uber sürücüsü törədib - 8 ölü,12 yaralı



 

Nyu-Yorkda baş verən terrorda 8 nəfər ölüb, 12 yaralı var. 

“Qafqazinfo” xəbər verir ki, İŞİD-çi olduğu güman edilən kişi yük maşınını velosipedçilərin, daha sonra məktəb avtobusunun üzərinə sürüb. Nəticədə 8 nəfər ölüb, ondan çox yaralı var. Şübhəli 29 yaşlı Özbkistan vətəndaşı Sayfullo Saipovdur. O, 2010-cu ildən bəri ABŞ-da yaşayır. 

 

Hücum edən şəxsi avtomobilindən peyntbol tapançası ilə sükandan düşən zaman yaxalaya biliblər. O, yaralı halda xəstəxanaya yerləşdirilib.  

Saipovun Uberdə sürücü işlədiyi müəyyənləşib.