Əfqanıstanda səfirliklərin olduğu küçədə partlayış - 5 ölü, 23 yaralı + Video



 

Əfqanıstanın paytaxtı Kabildə diplomatik missiyaların ofislərinin olduğu Vəzir Əkbər Xan küçəsində terror aktı törədilib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, terakt nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

Hadisədən sonra həmin küçəyə gedən yollar bağlanıb. Ərazidə təhlükəsizlik tədbirləri aparılır.

Teraktın məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Qeyd edək ki, Əfqanıstanda bir neçə gün öncə şiə məscidində törədilən terror hücumunda 50 nəfər ölmüşdü.