Biləsuvar rayon Sosial Müdafiə Fondunda süründürməcilik halları cövlan edir



 

Əlizadə Nəhmədağaoğlu:  "Gərək bizimlə razılaşasan, yoxsa işin alınmayacaq, bizim yükümüz ağırdı, "rivizor"ları yola salırıq, qonaqlar olur, biz də sizin əlinizə baxırıq"

 

Biləsuvar rayon sakini Əlizadə Nəhmədağaoğlu  Millətinsəsi.info saytının  redaksiyasına Biləsuvar rayon Sosial Müdafiə Fondunda vəzifəli şəxslərindən şikayət  məktubu göndərib.

Həmin şikayət məktubunda Biləsuvar rayon  sakini Əlizadə Nəhmədağaoğlu Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev cənablarına və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə açıq məktub unvanlayıb. Millətinsəsi.info olaraq  Açıq Məktubu olduğu kimi oxucuların nəzərinə çatdırırıq.

“Cənab Prezident!

Bu gün Azərbaycanda mövcud olan döğrunu danmaq, pərdələmək həqiqətin üstündən xətt cəkib, yerinə yalan yazmaq, ac xalqın üzərinə tox adını yazdırıb, özünə ucuz hörmət qazanmaq kimi cılız və qeyri -sağlam hərəkət ədalətsizlikdən ,hüquqsuzluqdan, qanunsuzluqdan, dəyərsizlikdən, təkcə ölkəmizin insanları tərəfindən deyil, dünya ictimaiyyəti tərəfindən qınağa tuş gəlir.

Cəmiyyət, insan və vətəndaş hüquqları harınliqdan quduzlaşmış məmurların ayaqları altına atılmış vəziyyətdədir. Cəmiyyət insanları, köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalanı gündəlik normaya çevirən korrupsiya və rüşvət üsullarından yararlanan məmurlardan qoruya bilmir. Ölkə vətəndaşları nəyinki yüksək çinli məmurlardan, hətta aşağıdan yuxarı inzibatı orqanlardan qanunların tələbinə nail ola bilmir.

Vətəndaşların ərizə və şikayətlərinə şəxsi ambisiya maraqlardan yanaşılır. Siyasi analiklərin təbirincə desək:-Dövlət iki halda sarsıyır. "Birinci cinayətkar cəzasız qalanda, ikincisi günahsız ittiham olunanda".

Unudulmaz şairimiz B.Vahabzadənin təbirincə desək;

Zülümlər ədaləti itirib ilim-ilim.
İnsan haqqı-hüququ, ayaq altda bir kilim.
Günahkar ittihamcı, günahsızsa millətim.
Həqiqətən də bizim dərdimiz yerə-göyə sığımır.

Ölkədə mövcud olan hüquqsuzluq, cəzasızlıq mühitinin qurbanına cevrilmışik. Ədalət, mühakimə sistemində boşluğun yaranması, ayrı-ayrı təbəqələrə xüsusi imtiyazların verilməsi, hüquq-mühavizə orqanlarının öz funksiyalarını yerinə yetirə bilməməsi, məhkəmə sisteminin asıllığı, Azərbaycan hakimiyyətinin indiki idarəcilik sistemində boşluğa gətirib cıxarıb. Cənab Prezident, Siz müşavirələrdə dönə-dönə məmurları tənbeh edir, cəzalandırirsınız.

Görünən odur ki, bunlar yetərincə deyil, onların cevrəsi genişdir. Söylənənlərin həqiqət olduğunu faktlar və arqumetlərlə izah etsək daha inandırıcı olar. Bu gün nə baş verdiyini mətbuat vasitəsi ilə Sizə catdırmaq istəyirəm. Biz o anlamdayıq ki, Sizə ünvanlanan müraciətlər catmır, prezident aparatında zibil yeşiyinə atılır.

Hörmətli Prezident!

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və onun rayon şöbələrində "kitab-dəftər" yerli dibli itib. Xusisilə Biləsuvar  rayon şöbəsində...

Yaranmış şəraitdən, eləcə də çəzasızlıq mühitindən  sui-istifadə edərək toxunulmazlıq status əldə edən, Biləsuvar rayon Sosial Müdafiyə Fondunun başında duran (müdiri) Fərasim Əliyev və onun bəzi əməkdaşlarının çirkin iş metodları hər kəsə bəllidir.

Harınlıq əndazəsi o dərəcəyə catıb ki, H.Əliyev Fondunun dəstəyi ilə bu il, yeni il qabağı aztəminatlı 560 ailəyə nəzərdə tutulan yardım paketləri, yalnız 50-60 nəfərə catıb. Qalanları ya öz adamlarına verildi, ya da marketlərədə satılaraq vəsait mənimsənildi.

Eləcə də aztəminatlı ailələr üçün nəzərdə tutulan müavinətlər, ünvanlı yardımlar müxtəlif qeyri-leqal yollarla mənımsənilir. Əlillərə pensiya təyinatlrında "staj"lar düşünülmüş şəkildə arxiv idarəsi ilə sövdələşərək saxtalaşdırılır. Əmək pensiyaların təyinatlarında "staj"ların toplanması və hesablanmasında, əməkaşların şərtlərinə razı olmayanların işi düşür əngələ...

Məcburi sığorta ödəmələrində cox ciddi nöqsanlara yol verilir, sənədlərin rəsmilləşdirilməsi şəxsi maraqlara xidmət edir. Kommersiya strukturlarında, özəl təşklatlarda məcburi sığorta ödəmələrinin toplanmasında, onların hesabatlarını fond əməkdaşları özləri hesablayır, özəl strukturlar fəaliyyətsız kimi göstərilir. Fond çirkli pulların öz adamları arasında bölgüsünü "daplata" deyilən ödəmə vasitəsilə aparır.

Atalar demişkən, "başına gələn, başmaqcı olar". Bir necə ay bundan əvvəl əmək pensiyasına cıxmağımla əlaqədar Biləsuvar rayon DSMF-nun əməkdaşı Ümid Əsədova sənədlərimi təqdim edəndə bir cox bürokratik əngəl yaratmağa calışdı.

"Staj"ın hesablanmasında bilərəkdən səhvlər etdi, buna etiraz edəndə:-"Gərək bizimlə razılaşasan, yoxsa işin alınmayacaq, bizim yükümüz ağırdı, "rivizor"ları yola salırıq, qonaqlar olur, biz də sizin əlinizə baxırıq"-deyə məni təhdid etdi. Mən bu sövdələşməyə razılaşmayanda:-"get hara istəyirsən şikayət et, naxır yerli-dibli itib, sən haqq axtarırsan"- cavabını aldım. Fondun müdiri Fərasim Əliyevin qəbulunda olub baş verənləri ona nəql etdim.

O, uzun-uzadı söhbət əsasında;- "Bizim xərcimiz çox cıxır, rayonumuzda aparılan tədbirlər bizim boynumuzdadır, aylıq yükümüz var, qonaqlar gəlir" və sair. Mən dedim ki, biz qanun cərcivəsində əmək pensiyasının təyinatını tələb edirik.

Pensiya haqqında yeni qanunun tətbiqi Prezidentin 24.04.2018 ci.il 1078,VQ.D. nömrəli fərmanla tətbiqinə başlanıb. Bu qanuna əsasən, mənim pensiya təyinatım köhnə qayda ilə aparılmalıdır. Fondun müdiri Fərasim müəllim dedi;-"Yazılmayan qanunlarda var. Baş barmaqı ilə axasındakı portiretə işarə edərək, bizlik deyil onluqdur" deyəndə bir daha yəqin etdim ki, onun kimi postuna layiq olmayan kadrlardan bundan artıq hec nə gözləmək olmaz.

Bir daha aydın oldu ki, Biləsuvar rayon Sosial Müdafyə Fondunda vəzifə səlahiyyətlərindən sui- istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, süründürməcilik halları cövlan edir. Yuxarıda söylədiyim ciddi qanun pozuntuları barədə, Azərbaycan Respublikası Baş prokurorluğu yanqında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəyisi Kamran Əliyev cənablarına 20.06.2018-ci il tarixində şikayət ərizəsi göndərdim.

Bu günə kimi şikayətim nəinki araşdırılıb, hec cavab belə verilməyib. Yenidən 31.07.2018-ci il tarixində Azərbaycan Respublikasının Baş Prakuroru Zakir Qaralov cənablarına şikayət ərizəsi ünvanladım. Görünür vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikası qanunun 7-10 maddəsi qəbul olunarkən ölü döğulub. Cənab Prezident, Sizin Korrupsiyaya Qarşı mübarızə tədbirləri haqqında 2000-ci il 28 oktyabr tarıxli 135 nömrəli fərmanızda deyilir:-Korrupsiya ilə hüquq pozuntuları barədə verilən şəxsi materiallar maraqlı tərəfə və ya dolaysı ilə maraqlı olan şəxslərə korrupsiya ilə bağlı hüquq pozuntularının araşdırılması həvalə edilə bilməz.

Cənab Prezident!

Ölkəmizdə baş verən bu yolsuzluqları görən Biləsuvar rayon DSMF müdiri Fərasım Əliyev öz cirkin əməllərini ört-basdır etmək ücün, maddi imkanının zənginliyindən,  vəzifə səlahiyyətlərindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki havadarlarının himayəsinə arxalanaraq, məhkəmələrin aslı olması anlamında, mənım ali orqanlara şikayətlərimi tilsimləmək ücün, Şərəf və Ləyaqətin Müdafiəsi və mənəvi zərərə görə pul tələbi barədə iddia qaldırıb. Bu da, şikayətciləri qorxutmaq yolu ilə ölkəmizdə korrupsiyanın çiçəkləndirmək ücün növbəti taktikadır.

Bir sözlə, bəzi dövlət məmurları ölkədə haqsızlıq və hüquqsuzluq mühitini yaratmaqla, sadə insanların alcaldılması faktlarını ört-basdır etməklə, tutduğu vəzifəni nadan və nadınc uşaq kimi idarə edirlər.

 Bəli, bu gün bəziləri yaşamaq deyəndə göylərə, hasarlanmış dənızə, cöllərə, ağaclara, səhərin acılmasına tamaşa etməklə, müxtəlif prizmalarda diqqət edirlər. Lakin insanı fərqləndirən, ona böyük ləzzət verən, cəmiyyətə və onun yetişdirdiyi gələcək nəsilə tamaşa etməkdir. Çünki heç bir təbiət hadisəsində bu qədər cazibə, qəribə və gülməli səhnələr olmur. Bir bayatıda deyilir:

 Dünya bir pəncərədir,

 Hər gələn baxar gedər.

 Əslində, heç kim o pəncərədən baxıb getmir. Hamı əyilib yerdə nəsə axtarır. Bəziləri tapır, coxu tapmır. Başını qaldırıb pəncərədən baxanda isə artıq buna imkanı olmur.”

Məsələ ilə bağlı adları çəkilən şəxslərin mövqeyin dərc etməyə hazırıq.

Millətinsəsi.info