Navalnıy azadlığa buraxıldı



 

Pensiya islahatına qarşı etiraz aksiyalarının təşkilinə görə həbs edilən Rusiya müxalifətinin lideri Aleksey Navalnıy 20 günlük həbs həyatından sonra sərbəst buraxılıb.

“Qafqazinfo”nun “Rosbalt”a istinadən verdiyi məlumata görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru Roman Rubanov Tvitter mikrobloqunda bildirib.

O, həmçinin müxalifətçinin həbsxanadan çıxarkən çəkilmiş şəklini də sosial şəbəkədə paylaşıb.