Türkiyədə dəhşətli qəza - 19 ölü, 5 yaralı+ Fotolar



 

Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım briqadaları və polislər cəlb edilib.

Qeyd olunur ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.

Faktla bağlı araşdırma aparılır.