Türkiyədə yoxa çıxan jurnalistin son görüntüsü yayıldı



 

Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda yoxa çıxan jurnalist, “Washington Post” yazarı Camal Qaşıqçının son görüntüləri yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, jurnalistin yoxa çıxmazdan əvvəl qeydə alınan görüntüsünü “Washington Post” yayıb. Fotoda Camal Qaşıqçının konsulluq binasına girdiyi saat və tarix əks olunub. Onun oktyabrın 2-si yerli vaxtla 13:14-də binaya girişi görünsə də, oradan çıxdığını göstərən heç bir dəlil yoxdur.

Aysel Kərimova