“Qəbələ” “Zirə”yə, “Neftçi” “Sabah”a qarşı



 

Bu gün Topaz Premyer Liqasında 7-ci turun oyunları baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Zirə” və “Qəbələ” üz-üzə gələcək.

Digər oyunlarda isə “Səbail” “Sumqayıt”la, “Neftçi” isə “Sabah”la qarşılaşacaq.

Qeyd edək ki, 7-ci turun "Qarabağ"ın "Keşlə" ilə səfər matçı 31 oktyabra təxirə salınıb.

5 oktyabr (cümə)

18:00. "Zirə” – "Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov
Dalğa Arena

19:00. "Səbail” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli
Bayıl Arena

20:15. "Neftçi” – "Sabah”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev
Bakcell Arena