Ukraynalı turistləri daşıyan avtobus aşıb - 3 ölü, 51 yaralı
Polşada baş verən yol qəzasında 3 nəfər ölüb, 51 nəfər isə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün baş verib. Ukraynalı turistləri daşıyan ekskursiya avtobusu aşıb.
Yaralılardan doqquzunun vəziyyəti ağırdır.