Cəlilabadda ev yanıb, 1 nəfər xəsarət alıb



 

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində aynabəndin tavanı və döşəməsi 30 m² sahədə qismən yanıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan evin 7 ədəd pəncərəsi qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.