PSJ Super Kuboku darmadağınla qazandı - Video
Fransa Super Kubokunun qalibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Liqa 1-də son çempion PSJ ilə ölkə kubokunun qalibi “Monako” qarşılaşıblar.
Çində keçirilən Super Kubok görüşündə Paris klubu 4:0 hesabı ilə qalib gəlib. PSJ bununla da ardıcıl 6-cı, ümumilikdə isə 8-ci dəfə Super Kuboku qazanıb.
PSJ - “Monako” - 4:0
Qollar: Anxel di Mariya, 33, 90, Kristofer Nkunku, 40, Timoti Vea, 67