Çeçen məmur qızı Türkiyədə tutuldu
Türkiyədə Çeçenistanın Miqrasiya Xidmətinin keçmiş rəhbəri Asu Dudurkayevin qızı saxlanılıb.
“Qafqazinfo” “Daily Sabah”a istinadən xəbər verir ki, İstanbulda keçirilən anti-terror əməliyyatı zamanı “İŞİD” üzvü olmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Onların arasında Dudurkayevin qızı Seda Dudurkayeva da var. Nəşr yazır ki, əməliyyat iyulun 4-ü keçirilsə də, məlumat indi yayılır.
Qeyd edək ki, Asu Dudurkayev 2013-cü ildə qızı “İŞİD”ə qoşulduğuna görə, öz postundan istefa vermişdi.
Aysel Kərimova