Pakistanda lunaparkda faciə - 1 ölü, 25 yaralı
Pakistanın Karaçi şəhərində yeni açılmış lunaparkda faciə baş verib.
“Qafqazinfo” “Haber7”yə istinadən xəbər verir ki, atraksionlardan biri 12 metr yüksəlikdən yerə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Atraksionların Çindən gətirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.