Polşada vertolyot qəzası, 2 nəfər ölüb
Polşada vertolyot qəzası olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, vertolyot ölkənin cənub-şərq hissəsində qəzaya uğrayıb, 2 nəfər ölüb. Bildirilir ki, hava nəqliyyatı maşın yolunun yaxınlığında düşüb. Vertolyotun markası və kimə məxsus olması hələ bilinmir.
Aysel Kərimova