Məşhur turizm adasında qayıqlar batdı - Turistlər axtarılır
Tailandın məşhur istirahət mərkəzi olan Puket adasında iki turist qayığı batıb.
"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, turistlərin bəzilərindən xəbər yoxdur.
Qayıqlarda ümumilikdə 100-dən çox sərnişin olub. Bəzi turistlər xilas edilsə də, 7 nəfərin axtarışı davam etdirilir.
Qeyd edək ki, Puket Tailandın ən çox ziyarət edilən turizm adasıdır.