Yenə işıq söndü - Sərnişinlər metroda qaldı + Fotolar +Video+ Yenilənib



 

Azərbaycanda enerji verilişi yenə dayanıb.

"Qafqazinfo" xəbər verir ki, dünən gecə Mingəçevir İES-də baş verən partlayışın fəsadları aradan qaldırılmayıb.

Hadisə yerində olan müxbirimiz məlumat verib ki, hazırda paytaxt Bakıda metroların fəaliyyəti dayandığı üçün minlərlə sərnişin qatarda qalıb.

Metrostansiyaların girişi də bağlanıb. 

***

Sərnişinlər stansiyalardan çıxarılıb. Hazırda metro yaxınlıqlarında sıxlıq yaşanır.

***

İşıqların söndüyü anda Nərimanov rayonu ərazisində yanğın başlayıb. Hazırda ərazini qatı duman bürüyüb.

***

İşıqforların da fəaliyyəti dayandığı üçün yollarda sıxlıq yaşanır. Polis əməkdaşları hərəkəti tənzimləməyə çalışır.

***

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qatarların hərəkəti elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlə bağlı dayanıb: 

“Hazırda sərnişinlərin təxliyəsi prosesi davam edir”., - deyə qurum rəsmisi söyləyib.

***

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, metroda enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalan insanların evakuasiya prosesi başa çatdırılıb.

Onun sözlərinə görə, hazırda tunellərin yoxlanılması prosesi həyata keçirilir.