İşıqlar yandı - Və yenidən fasilə yarandı+Yenilənir



 

Bir saata yaxındır Azərbaycan ərazisində elektrik enerjisinin verilməsində yaranan problem aradan qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, paytaxt Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişi əsasən bərpa olunub.

Yaranmış problemlə bağlı yaxın saatlarda rəsmi məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, ilkin məlumatlara görə Mingəçevir SES-in 1-ci Abşeron xəttində generatorlardan birində alışma baş verdiyi bildirilir. Ölkə ərazisinda də elektrik enerjisinin bu səbəbdən dayandığı deyilir. 

***

Bir qədər əvvəl bərpa olunan elektrik enerjisinin verilişində yenidən fasilə yaranıb. Paytaxt ərazisində işıqlar yenidən sönüb.