Azərbaycan qaranlığa büründü - Mingəçevir SES-də problem



 

Ölkə ərazisində işıq verilişi dayanıb. "Qafqazinfo" xəbər verir ki, 00:20 radələrindən etibarən işıqlar sönüb. "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev saytımıza açıqlamasında bildirib ki, problem ciddidir: "Hazırda işə gedirəm. Ətraflı məlumat veriləcək". *** Mingəçevir Elektrik Stansiyasında generatorlardan birinin partladığı bildirilir. Hazırda hüquq-mühafizə orqanların və əlaqədar qurumların rəhbər şəxsləri iş başına qayıdıb. Faktla əlaqədar təxirəsalınmaz tədbirlər aparılır.

***

Mingəçevir İcra Hakimiyyətinin rəsmisi musavat.com-a bu barədə açıqlama verib. O bildirib ki, Mingəçevir Su Elektrik Stansiyasının (SES) bloklarının birində qəza baş verib: “Mingəçevir SES-in bloklarının birində qəza baş verib. Ona görə də ölkəyə elektrik enerjisinin verilməsində problem yaranıb. Qəzanın nəticəsi aradan qaldırılacaq. Hazırda çalışmalar davam edir”.