“Modriç “Qızıl top”u qazansa,..” - Daliç



 

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının 1/8 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyunu şərh edib. “Qafqazinfo” xəbər verir ki, o, rəqibi intizamlı komanda adlandırıb.

Daliç mərhələnin taleyinin öz əllərində olduğunu deyib: “Onlar çox intizamlı komandadırlar. Bizi çətin qarşılaşma gözləyir. Hər şey bizdən asılıdır. Oyunu necə quracağıq, necə oynayacağıq. Diqqətli olmalıyıq. Risk etməyə ehtiyac yoxdur. Səbrlə şansımızı gözləyəcəyik. Qazanmaq istəyirik. Qrup mərhələsində əla oynadıq. Amma bu görüş fərqlidir”.

Zlatko komandanın lideri Luka Modriçin dünya çempionatında uğurlu çıxış edib “Qızıl topu” qazana bilmə ehtimalına da toxunub: “Messi və Ronaldo artıq DÇ-də yoxdur. Modriç “Qızıl top”u qazana bilsə, çox xoşbəxt olaram. Çünki o, Xorvatiya üçün çox şey etdi”.

Mütəxəssis Rusiyada uğur qazansalar, turist kimi ora dönə biləcəyini vurğulayıb: “Bura xoşbəxtlikdir. DÇ-də qalib gəlsək, söz verirəm ki, bura turist kimi gələcəm”.

Məşqçi ona verilən “Daliç çox sakit işləyir, aşpaz kimi” sualına da belə cavab verib: “Həyat mənə bunu öyrətdi. 6 ay ərzində qrupdan keçmək üçün mübarizə aparıram. Özüm üçün yaratdığım böyük təzyiq var. Bu komanda mənimlə və ya mənsiz dəyərlidir. Uğur qazana bilməsək də, komandamla qüurur duyacam. Dünya çempionatı bitdikdən sonra mənim karyeramın ən sevimli anları olaraq qalacaq”.