Lukaşenko İlham Əliyevə məktub göndərib



 

 

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan dövlət başçısı İlham Əliyevə Belarus ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi münasibətilə məktub göndərib.

“Qafqazinfo”nun xəbərinə görə, təbrik məktubunda deyilir: 

“Ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri dayanıqlı strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Hər iki dövlət çoxtərəfli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy mövqe tutur.
 
Birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsi qoyulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilir.
 
Əminəm ki, ölkələrimiz arasında təməlində ənənəvi etimad duran münasibətlər bundan sonra da Belarus və Azərbaycan xalqlarının mənafeyi naminə dinamik inkişaf edəcəkdir.
 
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, daimi uğurlar, dost Azərbaycanın vətəndaşlarına isə sülh və rifah arzulayıram”.