Son 20 ilin ənənəsi - Çempionlar qrupda qalır
Bu gün dünya çempionatında F qrupunda keçirilən oyunlardan sonra Almaniya qrupda qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu qrupda İsveç və Meksika 1/8 finala adlayıb.
Məlumat üçün bildirək ki, DÇ-2014-ün qalibi olan Almaniya özündən əvvəlki çempionların aqibətini yaşayıb.
Belə ki, Fransa, İtaliya və İspaniya da çempion olduqdan sonrakı mundialda qrup mərhələsində qalmışdı.
DÇ-1998 – Fransa çempion olub.
DÇ-2002 – Fransa qrupda qalıb.
DÇ-2006 – İtaliya çempion olub.
DÇ-2010 – İtaliya qrupda qalıb.
DÇ-2010 – İspaniya çempion olub.
DÇ-2014 – İspaniya qrupda qalıb.
Və son olaraq
DÇ-2014 – Almaniya çempion olub.
DÇ-2018 – Almaniya qrupda qaldı.