“Əgər hüquq müdafiəçilərinin məsuliyyətindən danışsaq...” - Səməd Seyidov



 

 

“Biz dövlətlərin nəzdində hüquqlarımızı, insan hüquqlarını müdafiə edənləri necə müdafiə etmək prosedurları, tədbirləri haqqında düşünməliyik. Ancaq bir insanın hüquqlarını müdafiə edəndə, digərinin hüquqlarını pozmamağa çalışmalıyıq. Dövlətin və insan hüquqları müdafiəçilərinin məsuliyyəti məsələsinə də fikir verməliyik”.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu fikri AŞPA-nın vitse-prezidenti, bu qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov litvalı deputat Ejidiyus Varekisin hazırladığı “Avropa Şurasının üzv dövlətlərində insan hüquqları müdafiəçilərinin müdafiəsini təmin etmək” adlı qətnamə layihəsinin müzakirələri zamanı söyləyib:

“Əgər hüquq müdafiəçilərinin məsuliyyətindən danışsaq, bu, birtərəfli yanaşma olar. Əgər dövlətin məsuliyyətindən danışsaq, yenə birtərəfli yanaşma olacaq. Ona görə biz sistemi bütövlükdə nəzərdən keçirməliyik.

Bununla belə, Azərbaycandan olan həmkarlarımla razıyam ki, əgər bir dövlətin adından danışırsınızsa, onda vəziyyəti, eləcə də orada həyata keçirilən tədbirləri nəzərə almaq lazımdır”.

S.Seyidov sözlərinə əlavə edib ki, insan hüquqları müdafiəçiləri ilə bağlı ölkəmizdə Avropa Şurası ilə birlikdə çox işlər görülüb:

“Düşünürəm ki, bu tövsiyələrin əsasında gələcəkdə daha da çox işlər görə bilərik”.