Salah Çeçenistanın fəxri vətəndaşı oldu
Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistan Respublikasının fəxri vətəndaşı olub.
"Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region rəhbəri Ramzan Kadırov açıqlama yayıb. Onun sözlərinə görə, Salah vətəndaşlığa bu gün gecə qəbul edilib: "Misir yığması şərəfinə verilən təntənəli şam yeməyi zamanı mən Məhəmməd Salaha fərmanın nüsxəsini və döş nişanını təqdim etdim".
Çeçenistan rəhbəri, həmçinin, bildirib ki, o, "Əhməd" klubi ilə Misir yığmasının Qroznıda yoldaşlıq matçı keçirəcəyinə ümid edir.