Simeonenin Sampaoli və Argentina haqqında “Whatsapp” danışıqları ortaya çıxdı
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeonenin dünya çempionatında Argentianın Xorvatiyaya uduzduğu oyundan sonrakı “Whatsapp” danışıqları mətbuata sızıb. “Qafqazinfo” xəbər verir ki, köməkçisi Burxos ilə danışıq olduğu ehtimal edilən səs yazısında bir çox maraqlı məqamlar var.
Simeonenin orada danışdıqları belədir: “Komandada anarxiya baş alıb gedir. Nə baş məşqçinin, nə də Argentina Futbol Federasiyasının bir liderliyi var. Komanda deyə bir şey yoxdur. Baş məşqçi olsaydım, İslandiya oyununa Xorvatiyadakı start heyətlə, Xorvatiya ilə oyuna İslandiyadakı heyətlə başlayardım. Baş məşqçinin xeyli səhvləri var. Qrupdan çıxmaq ehtimalımız qalır. Nigeriya İslandiyaya qalib gələcək (artıq bu oyun başa çatıb və Nigeriya 2:0 hesablı qələbə qazanıb). Son turda da hər şey leyhimizə ola bilər”.
48 yaşlı mütəxəssis Sampaoli haqqında da ağır sözlər söyləyib: “Əgər komandanın baş məşqçisi pisdirsə, bu futbolçuların pis olmasından betərdir. Bunun da təsirini görürürük”.
Messi və Kriştianu Ronaldodan da danışan Simeone bunları deyib: “Messi çox yaxşı futbolçudur. Amma yaxşı olmasının səbəbi ətrafında da güclü oyunçuların olmasıdır. Bir oyun üçün Messi, yoxsa Ronaldo?”.