Neymar Romarionu üstələdi
Braziliya millisinin hücumçusu Neymar ölkəsinin tarixinə düşüb. "Qafqazinfo" xəbər verir ki, forvard ən çox qol vuranlar siyahısında 3-cü pilləyə yüksəlib.
O, Romarionu bu sıradan sıxışdırıb çıxarıb. 56 qol vuran Neymar Romarionun 55 qolunu keçməklə adını tarixə yazdırıb.
O, bu siyahıda yalnız Pele və Ronaldodan geri qalır.