Gecə klubunda atışma - Ölən və yaralananlar var
Türkiyənin Muğla şəhərində gecə klubuna silahlı hücum olub.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən biri gənc müğənni Həcər Tülü, digəri məkanın sahibi Mehmet Əli Sürensoydur. Həcər kassada ödəniş edərkən təsadüfən öldürülüb. Məlumata görə, qabaqcadan gecə klubunun qarşısında avtomobildə pusqu quran 4 şübhəli Mehmet Əli Sürensoy məkana girərkən atəş açmağa başlayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis təhlükəsizlik kamerası ilə şübhəlilərin olduğu avtomobili təsbit edərək onları ələ keçirib.