İndoneziya silkələndi
İndoneziyanın Sumatra adasında 5,8 bal gücündə zəlzələ olub.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib. Qeyd olunur ki, təkanlar Qərbi Sumatra əyalətinin Padanq şəhərindən 241 kilometr şimal-qərbdə müşahidə olunub. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və insan tələfatı barədə məlumat verilmir.