Parisdə silahlı şəxs 3 nəfəri girov götürdü - Səfirlə görüşmək istəyir
Fransanın paytaxtı Parisin türklərin yaşadığı Petites Ekures küçəsində silahlı şəxs 3 nəfəri girov götürüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis cəlb edilib.
Hazırda bölgəyə giriş bağlanıb. Ərazi nəzarətə götürülüb.
Silahlı şəxs polislərə İranın Parisdəki səfiri ilə görüşmək istədiyini bildirib.