Deputatın evinə silahlı hücum, 3 nəfər öldürüldü
Əfqanıstanda naməlum şəxslər deputatın evinə hücum ediblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Cəlalabad vilayətində baş verib. Hücum nəticəsində aralarında polis də olmaqla 3 nəfər ölüb. Daha dörd nəfər isə yaralanıb.
Hadisənin təfərrüatı açıqlanmır.