150 terrorçu edama göndərildi
İraqın Mosul şəhərində bir neçə ay öncə ələ keçirilən İŞİD-in 150 üzvü haqqında edam qərarı verilib.
“Qafqazifo” İHA-ya istinadən xəbər verir ki, terrorçular edam edilmək üçün Bağdada göndərilib.
Onların hamısının İraq vətəndaşları olduğu açıqlanıb.
Xatırladaq ki, İraqın ən böyük 2-ci şəhəri olan Mosul 2014-cü ilin iyunundan 2017-ci ilin iyuluna qədər İŞİD-in işğalında qalmışdı.