Van Qoqun bu əsəri 7 milyona satıldı
Dünya şöhrətli rəssam Van Qoqun "Qum təpələrində balıq ovu" əsəri Parisdə hərracda 7,7 milyon avroya satılıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 1822-ci ildə çəkilmiş rəsm Van Qoqun son 20 ildə hərraca qoyulmuş ilk əsəridir.
Rəsmin hərrac qiyməti 3-5 milyon müəyyən edilirdi. Əsər Şimali amerikalı kolleksiyaçının aldığı bildirilir.