Ərəb ölkəsi qarışdı, baş nazir istefaya getdi - Fotolar



 

İordaniya baş naziri Hani əl-Mülki istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir qiymət artımını nəzərdə tutan mübahisəli vergi qanununa qarşı keçirilən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. 

Baş nazir bu gün kral Abdulla ilə görüşündən sonra postundan gedib.

Qeyd edək ki, İordaniyada etiraz aksiyaları artıq 6-cı gündür ki, davam edir.