İordaniya baş naziri istefa verdi
İordaniya baş naziri Hani əl-Mülki istefa verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir ölkədəki mübahisəli vergi qanununa qarşı keçirilən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub.
Baş nazir bu gün kral Abdulla ilə görüşündən sonra postundan gedib.