Əfqanıstanda universitet yaxınlığında partlayış - 14 ölü, 17 yaralı
Əfqanıstanın paytaxtı Kabildə Politexnik Universiteti yaxınlığında partlayış baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu-kamikadze ilahiyyatçı alimlər universitet binasını tərk edən zaman özünü partladıb.
Partlayış nəticəsində 14 nəfər ölüb, 17 yaralı var.
Hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.