Ronaldodan fantastik şərt
“Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo klubla olan müqaviləsini uzatmaq üçün fantastik şərt irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, “Corriero dello sport” nəşri 2021-ci ildə müqaviləsi bitəcək 33 yaşlı futbolçunun daha üç il “Real”da qalması üçün ilinə 80 milyon avro tələb etdiyini yazıb.
Bu isə Ronaldonun indiki maaşından 4 dəfə çoxdur. O, hazırda “Real”da illik 21 milyon avro maaş alır.
Qeyd edək ki, PSJ-nin “Real”a illik 45 milyon avro təklif etdiyi iddia edilir.