Azərbaycanda ağır yol qəzası - 1 ölü, 11 yaralı
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yük maşını mikroavtobusla toqquşub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Onlardan 9-u Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılan iki yaralının şəxsiyyəti dəqiqləşib. Bunlar 1987-ci il təvəllüdlü Günəş Cabbarov və azyaşlı Səbiyyə Şəmşəd qızı Sadıqovadır. Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.