“Gündə 400 yük avtomobili yoxlanılır...”



 

 

2018-ci ilin may ayında Samur gömrük məntəqəsindən ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov deyib. 

O bildirib ki, gün ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttindən ümumi olaraq 200-250-yə yaxın minik avtomobili yoxlanılır: "Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin də sayı 200-250-dir.  İdxal və ixrac xətlərinin hərəsində eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə müddətindədir".

Günel Türksoy