Qusarda traktor sürücüsü kanala düşüb
Qusarda traktor sürücüsü Samur-Abşeron kanalına düşüb.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qusar rayonunun Urva-Palasa kəndində qeydə alınıb.
Qusarın Əcəxur kənd sakini Nəbiyev Dəyanət Didar oğlu idarə etdiyi “T 25” markalı traktorla idarəetməni itirərək Samur-Abşeron kanalına düşüb.
Hazırda həmin şəxsin axtarışları davam etdirilir .
Faktla bağlı araşdırmalar aparılır.