Xatirə Rəhimli növbəti dəfə təltif olundu



 

"Azərbaycan Qarabağ Əlilləri Veteranları və Şəhid Ailələri" ictimai birliyinin İdarə heyətinin 04. №-li "07.05.2018-ci il tarixli qərarına əsasən şair-jurnalist Rəhimli Xatirə Əziz qızı  "Vətənpərvərlik İşində Xidmətinə Görə" medalı ilə təltif olunub.

Tv8.az xəbər verir ki, təltifetmə mərasimi "Azərbaycan Qarabağ Əlilləri Veteranları və Şəhid Ailələri" ictimai birliyinin qərargahında baş tutub və idarə heyətinin üzvləri ilə bərabər jurnalistlər də iştirak edib. Eyni zamanda "Vətənpərvərlik İşində Xidmətinə Görə" medalı  ilə şair Gülamayıl Murad da təltif olunub. Onu da bildirək ki, medalları hər iki şair xanıma "Azərbaycan Qarabağ Əlilləri Veteranları və Şəhid Ailələri" İB-nin sədri Mehdi  Mehdiyev təqdim edib.

Qeyd edək ki, şair-jurnalist  Xatirə Rəhimli vətənpərvərlik xidmətinə görə bu ilin mayında Azərbaycan Jurnalistlər Birliyinin Həmkarlar Komitəsi tərəfindən "Tomris" fəxri media mükafatına da layiq görülüb.

Tədbirdən olan video görüntüləri sizə təqdim edirik: