Müsəlmanlara terrorçu dedi, tacsız qaldı - Fotolar
Myanmanın on doqquz yaşlı gözəllik kraliçası müsəlman rohingya döyüşçülərini terrorda ittiham etdiyi üçün tacı əlindən alınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şvi İn Si ötən həftə feysbukda yayımladığı video çarxda rohingya döyüşçülərini günahsız insanlara qarşı zorakılıq etməkdə günahlandırmışdı.
Yarışmanın təşkilatçıları faktı etiraf etsələr də, bunun həmin video-çarxla əlaqəli olduğunu inkar ediblər.