Tavuşda erməni hərbçisinin meyiti tapıldı



 

Tavuşda erməni hərbçisinin meyiti tapılıb.

SeherXeber.org APA-ya istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Nazirliyin məlumatına görə söhbət Ararat rayonunun 19 yaşlı sakini Narek Qriqoryandan gedir.

Ermənistan mətbuatı isə hərbçinin asılmış vəziyyətdə tapıldığını yazıb.