Futbolçu zarafata görə uzunmüddətli diskvalifikasiya edilə bilər
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Rodriqo Bentankur uzunmüddətli diskvalifikasiya edilmə təhlükəsi ilə üz-üzədir.
SeherXeber.org xəbər verir ki, buna uruqvaylı futbolçunun cənubi koreyalı komanda yoldaşı Son Hın Minlə irqçi zarafat etməsi səbəb olub.
O, Son Hın Mindən üzr istəsə də, İngiltərə Futbol Assosiasiyası irqçi sözlərə görə R.Bentankura iş açıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm 15 oyuna çıxıb və 1 qol vurub.