Əfqanıstan ən çox tənqid atəşinə tutulan ölkələrdən biridir



 

Əfqanıstan iqlim dəyişikliyinə səbəb olan ölkələr arasında ən sonuncu ölkə hesab oluna bilər. Amma, nədənsə ən çox tənqid atəşinə tutulanlardan biridir. Hakimiyyət Taliban rejiminin ixtiyarındadır və bunu Əfqan xalqının istəyi və seçimi hesab etmək olar. Onların nümayəndələri hazırda COP29-la bağlı Bakıdadırlar.Geyimlərinə görə və digər səbəblərdən dolayı onlara lağ edənlərin sayı ölkəmizdə kifayət qədərdir. Əslində bu, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər çərçivəsində, nə qədər tolerant olmağımızın göstəricisidir. Düşünürəm ki,heç bir xalq öz adətləri ilə bağlı öhdəlik götürməyib. Əfqanların öz milli geyimlərini daha üstün və daha məqbul hesab etmələri normal haldır. Əfqanıstan, məhz planetdə həyacan təbili çaldıran iqlim dəyişikliyinə səbəb olan ölkələrdən ən sonuncusudur. Milyardlarla dollar pul xərclənir və hazırda dünyanın ən mühüm problemi kimi qeyd olunan iqlim dəyişikliyinə səbəb olan ölkələrin insanları, məhz Əfqan xalqına lağ etmək əvəzinə,onlara təşəkkür etmələri lazım deyilmi?

Çingiz Şahbazi, Siyasi şərhçi 

SeherXeber.org