ADİU-dan 441 min manatlıq sifariş



 

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) 441 372,79 manat dəyərində informasiya texnologiya məhsulları alacaq.

SeherXeber.org -ın Qaynarinfo-ya istinadən məlumatına görə ADİU bununla bağlı elan etdiyi tenderə yekun vurub. 

Tenderin qalibi "Ultra Technologies” şirkəti seçilib. 

2016-cı ilədək "Ultra Computers” adı altında fəaliyyət göstərən bu şirkət 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.