Lavrov: İsrail ordusunun hücumları qeyri-insanidir



 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov şiə Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın ölümünü siyasi qətl adlandırıb.

SeherXeber.org xəbər verir ki, o, BMT Baş Assambleyasında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

“Dünən Beyrutda baş verən kimi, siyasi sui-qəsdlərin az qala adi praktikaya çevrilmiş üsulları son dərəcə narahatedicidir.”, nazir bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin İsrail ordusunun Livan ərazisinə hücumlarını qeyri-insani adlandırıb.

Elvin

SeherXeber.org