Sevindik Hacağa oğlu Hətəmov da Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
SeherXeber.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının digər sərəncamları ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.